Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.
"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində oldular və söhbət etdilər.
Prezident İlham Əliyev: Ev şəraiti necədir?
Qadın sakin: Çox gözəl, hər şey yaxşıdır, təşəkkür edirik Sizə.
Prezident İlham Əliyev: Siz də dadına baxın, təndir çörəyidir.
Qadın sakin: Nuş edin, nuş olsun.