AZ

Everton sabiq futbolçusunu geri qaytara bilər

ain.az, Qol.az portalına istinadən məlumat yayır.

"Everton" sabiq futbolçusunu geri qaytara bilər

"Everton" yayda "Mançester Siti" ilə müqaviləsi başa çatacaq sabiq müdafiəçisi Con Stounzu geri qaytarmağı planlaşdırır.

QOL.az xəbər verir ki, "Football Insider"in məlumatına görə, Liverpul təmsilçisi 31 yaşlı futbolçunu azad agent statusu ilə heyətinə qatmağı planlaşdırır.

Lakin bu transferin reallaşması maliyyə şərtlərinə görə çətinləşə bilər. Belə ki, təcrübəli müdafiəçinin klubdan yüksək məbləğdə bonus tələb edə biləcəyi bildirilir.

Qeyd edək ki, futbolçu bu mövsüm "şəhərlilər"in heyətində 14 matçda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
126
2
qol.az

3Mənbələr