AZ

Əraqçi: İran Cenevrədə ABŞ ilə bərabərhüquqlu razılığa gəlməyin mümkünlüyünə inanır

BAKI, 25 fevral. TELEQRAF

"İran hesab edir ki, ABŞ ilə Cenevrədə keçiriləcək danışıqlarda ədalətli və balanslı razılaşma əldə etmək mümkündür".

Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Today" telekanalına müsahibəsində bildirib.

“Əvvəlki danışıqlarda müəyyən irəliləyiş əldə etmişdik. Mən hesab edirəm ki, bunun üzərinə quraraq, bir razılaşma, bir saziş formalaşdıra bilərik”, – deyə İran XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, ABŞ kifayət qədər iradə nümayiş etdirərsə, Cenevrədə razılaşma əldə etmək mümkündür.

İran və ABŞ nümayəndələrinin nüvə məsələləri üzrə danışıqları 26 fevral səhər saatlarında Cenevrədə Oman səfirliyində keçiriləcək.

Seçilən
36
teleqraf.com

1Mənbələr