AZ

Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olundu (FOTO)

Bakı. Trend:

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənininvestisiya, ticarət və sənaye naziri Johari Abdul Qani iləgörüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan RespublikasınınMalayziyadakı Səfirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və Malayziya arasında mövcud iqtisadiəlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, ocümlədən ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafıməsələləri müzakirə olunub.

Səfir Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neftsektorunun inkişafı barədə məlumat verərək, Malayziya şirkətləriniAzərbaycana investisiya qoymağa dəvət edib. Bu xüsusda, müvafiqdövlət qurumları və işgüzar dairələr arasında qarşılıqlı səfərmübadiləsinin əhəmiyyəti vurğulanıb.

Johari Abdul Malayziya ilə Azərbaycan arasında iqtisadiəməkdaşlıq münasibətlərinin inkişafına maraq ifadə edib və iki ölkəarasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səylərgöstərəcəyini bildirib.

Həmçinin, görüşdə Azərbaycanın cari ildə bir sıra mühümbeynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Şəhərsalma Forumuna evsahibliyi edəcəyi diqqətə çatdırılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Seçilən
35
9
az.trend.az

10Mənbələr