
“İnter Mayami”də oynayan argentinalı hücumçu Lionel Messi ingilis dilini öyrənmədiyinə görə peşman olduğunu etiraf edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə futbolçu podkastda danışıb.
“Uşaq vaxtı ingilis dilini öyrənməmişəm. Heç olmasa ingilis dilini öyrənməyə vaxtım var idi, amma öyrənmədim və buna çox təəssüf edirəm. Sonradan özümü inanılmaz, heyrətamiz insanlarla ünsiyyət qurduğum və onlarla danışa biləcəyim, amma əvəzində özümü cahil hiss etdiyim vəziyyətlərlə qarşılaşdım”, - Messi bildirib.