Son illərdə maddi cəhətdən problemlər yaşayan və yay transfer dönəmlərində çətinliklə üzləşən ''Barselona'' mövsümün sonu üçün indidən planlar cızmağa başlayıb. Strateji bir fürsət üçün ''bazarı'' araşdırmağa başlayan Kataloniya nəhəngi əsasən müqavilə müddəti bitmək üzrə olan, yəni pulsuz başa gələcək futbolçulara yönəlib. Bunlardan biri də Ozan Kabakdı. İspaniya mətbuatının iddiasına görə ''Barsa'' ''Hoffenhaym''ın türkiyəli mərkəz müdafiəçisini ciddi şəkildə təqib edir. 25 yaşlı futbolçunun bundesliqa təmsilçisi ilə müqaviləsi bu yay başa çatır. Böyük ehtimalla futbolçu ''Hoffenhaym''ı tərk edəcək. Çünki klubdan ona yeni müqavilə təklif olunmayıb. Amma ''Barsa''nın heç də işi asan olmayacaq. Çünki azad agentə çevriləcək Ozan Kabaka maraq göstərən klubların sayı günü-gündən artır. İtaliya mətbuatının iddiasına görə Canpyero Qasperrini Ozanı yayda ''Roma''da görmək istəyir. Bundan başqa istedadlı futbolçuya ''Milan'', ''Everton'' və ''Vest Hem'' də maraq göstərir. Qeyd edək ki, ''Qalatasaray''ın yetirməsi olan Ozan daha öncə İstanbul nəhəngindən başqa ''Ştutqart'', ''Şalke-04'', ''Liverpul'' və ''Norviç''də top qovub. 2024-ün yayında o, Türkiyə yığmasının heyətində səfərdə İtaliya ilə yoldaşlıq oyununda diz bağlarından ciddi zədə alaraq bir ildən də artıq müddətə sıradan çıxmışdı. Kabak yalnız ötən ilin oktyabrında sıraya dönərək yenidən əvvəlki formasına qayıtmağa başladı. Müdafiəçi olmasına baxmayaraq məhsuldarlığı ilə diqqət çəkən futbolçu bu mövsüm bundesliqada 15 oyuna 4 qol vurub. Gələn ay onun yenidən Türkiyə yığmasına dəvət alacağı da gözlənilir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta