AZ

Tehranda su kritik səviyyəyə düşdü

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

İranın paytaxtı Tehran ətrafındakı su anbarlarında su ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə kritik səviyyəyə düşüb.

Bakupost.az xəbər verir ki, Əmir Kəbir su anbarında 12 milyon kubmetr su var ki, bu da su anbarının ümumi tutumunun yalnız 7 faizini təşkil edir. Keçən ilin eyni dövrü ilə müqayisədə azalma 39 faiz təşkil edib.

Lar su anbarında suyun miqdarı ümumi həcmin 1 faizini, Mamlu və Latyan su anbarlarında isə 9 faizini təşkil edir. Taleqan su anbarı həcminin 19 faizinə qədər dolub.

Qeyd etmək lazımdır ki, Tehranda su çatışmazlığı tez-tez daha da artır və Prezident Məsud Pezeşkianın su çatışmazlığı problemi səbəbindən paytaxtı başqa yerə köçürmək təşəbbüsü də var.

Asena,

BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
www.bakupost.az

1Mənbələr