AZ

Piyada keçidinin üstündə saxlayan sürücü məktəbliləri təhlükəyə atır 90 NT 006 FOTO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Yasamal rayonunda Mikayıl Müşfiq küçəsində avtomobillərin nizamsız parklanmasına görə sakinlər narahatlıq ifadə edirlər.

Avtosfer.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin inzibati binasının yaxınlığında yanında, 20 nömrəli məktəbə gedən yolda sürücülər piyada zolağında avtomobillərini saxlayır. Son günlər diqqət çəkən isə 90-NT-006 dövlət qeydiyyat nişanlı “Jeep Wrangler” olub.

Ərazidən istifadə edən sakinlərin sözlərinə görə, səhər saatlarında məktəbə gedən uşaqlar təhlükə ilə üz-üzə qalır. Həm piyada keçidini, həm də səkinin önünü bağlayan sürücülər azyaşlıları ölüm təhlükəsi gözləyir.

Sakinlər aidiyyəti qurumlardan bu cür halları nəzarətə götürmələrini tələb edir.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
avtosfer.az

1Mənbələr