AZ

ABŞ ilə İran arasında potensial razılaşmanın təfərrüatları ortaya çıxıb

ABŞ prezident administrasiyası İranla potensial nüvə razılaşmasının müddətsiz olmasını təmin etmək niyyətindədir.

Qaziler.az-ın məlumatına görə, “Axios” bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa istinadla xəbər verir.

"Biz iranlılarla işimizi razılaşmanın ləğvi üçün heç bir müddəanın olmadığı bir əsasla başlayırıq", - nəşr qeyd edib.

İran və ABŞ nümayəndələri arasında nüvə məsələsi ilə bağlı danışıqlar fevralın 26-na planlaşdırılıb. Görüşün Cenevrədəki Omanın diplomatik nümayəndəliyində keçirilməsi gözlənilir.

QAZİLER.AZ

Seçilən
34
qaziler.az

1Mənbələr