AZ

Bu, dəlilikdir! Peskov həmin xəbərlərə münasibət bildirdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiya Prezidentinin köməkçisi Dmitri Peskov Ukraynaya nüvə silahlarının ötürülməsi ilə bağlı yayılan məlumatları “tamamilə dəlilik” adlandırıb.

Globalinfo.az xəbər verir ki, Kreml sözçüsü bu barədə “Moskov Times” nəşrinə bildirib.

Onun sözlərinə görə, Avropa ölkələrinin, xüsusilə Böyük Britaniya və ya Fransa tərəfindən Kiyevə nüvə silahı verilməsi niyyətinin təsdiqlənməsi olduqca qəribə olardı.

Peskov vurğulayıb ki, Moskvanın bu məsələ ilə bağlı əldə etdiyi məlumatlar əsassız deyil və Rusiya tərəfi ümid edir ki, mövzunun ictimaiyyətə çıxarılması belə təşəbbüslərin həyata keçirilməsinin qarşısını alacaq.

O, əlavə edib ki, bu tip addımlar beynəlxalq təhlükəsizlik baxımından ciddi risklər yarada bilər.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
globalinfo.az

1Mənbələr