AZ

“Bu sual hər kəsi düşündürməlidir”

ain.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Elnur Eltürk: “Xüsusilə övladlarımızın psixologiyasına mənfi təsir göstərən bu anormal vəziyyət hamını narahat etməlidir”

“Xaricdə sosial şəbəkələrdən istifadə edən insanlar yeni əlaqələrin qurulmasına çalışır, texnologiyanın və elmin populyarlaşdırılması üçün səy göstərir, kreativ layihələr təqdim edirlər. Biz də isə vəziyyət acınacaqlıdır”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.

Elnur Eltürk bildirib ki, bu istiqamətdə qeyri adekvat vəziyyət cəmiyyətin inkişafına mənfi təsir göstərir: “Vəziyyət o həddə çatıb ki, insanlar "Tiktok" platformasına daxil olmaq istəmirlər. Orada nə baş verirsə, cəmiyyətdə böyük müzakirəyə səbəb olur. Bu gün istəsək və ya istəməsək də, sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Amma istənilən halda özümüz üçün daxili senzura qoymalıyıq.

Özlərinə hörmət etməyənlərin və danışıqlarına sərhəd qoymayanların hərəkətlərini xəbərə çevirməklə, dəyərlərimizə hörmətsizlik edirik. Onlar cəmiyyətə hansı töhfə veriblər ki, qeyi-etik hərəkətləri xəbər başlıqlarına çevrilir? Bu sual hər kəsi düşündürməlidir. Xüsusilə övladlarımızın psixologiyasına mənfi təsir göstərən bu anormal vəziyyət hamını narahat etməlidir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
icma.az

1Mənbələr