AZ

Skandinaviya təmsilçisi nəhəngləri diz çökdürərək tarixəDÜŞDÜ

"Budyo Qlimt" komandası UEFA Çempionlar Liqası tarixində əlamətdar bir rekorda sahib çıxıb.

Redaktor.az "Opta Sport" nəşrinə istinadla xəbər verir ki, pley-off mərhələsinin cavab görüşündə İtaliyanın "İnter" klubunu 2:1 hesabı ilə (ilk qarşılaşma - 3:1) üstələyən Norveç təmsilçisi XXI əsrdə bənzərsiz bir uğura imza atıb.

Skandinaviya klubu Avropanın "Top-5" liqalarında mübarizə aparan rəqiblərinə qarşı ardıcıl dörd oyunda qələbə qazanan ilk komanda kimi tarixə düşüb. Norveçlilər "İnter"dən öncə "Mançester Siti" (3:1) və Madridin "Atletiko" (2:1) klublarını məğlub etməyi bacarıblar. Sonuncu dəfə belə bir nəticəni 1971/72 mövsümündə Niderlandın "Ayaks" kollektivi nümayiş etdirmişdi.

Seçilən
24
1
redaktor.az

2Mənbələr