AZ

Mədəniyyət naziri niyə istefa ərizəsi yazıb?



Fransanın mədəniyyət naziri Raşida Dati istefa verdiyini açıqlayıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, Dati BFMTV-də çıxışı zamanı bu qərarını açıqlayıb. O, namizədliyini irəli sürdüyü Paris meri seçkilərinə hazırlığa diqqət yetirmək niyyətində olduğunu deyib.

"Həyatımın əsas işi Parisdir. Buna görə də bu səhər istefa ərizəmi Respublika Prezidentinə təqdim etdim,-deyə sabiq nazir vurğulayıb.

Qeyd edək ki, Raşida Dati 2024-cü ilin yanvar ayında mədəniyyət naziri təyin edilib.

Anar
Seçilən
29
newscenter.az

1Mənbələr