AZ

Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə edilib



Türkiyə Prezidentinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi səfir İqor Hovayevlə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Çağatay Kılıç sosial media hesabında məlumat verib. O bildirib ki, Rusiya nümayəndə heyətini Prezident Kompleksində qəbul edib.

"Görüşdə Türkiyə-Rusiya ikitərəfli münasibətləri, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasına yönəlmiş normallaşma prosesi və Cənubi Qafqazdakı son hadisələr müzakirə olundu",-deyə Kılıç bildirib.

Süleyman
Seçilən
62
newscenter.az

1Mənbələr