Andre Onana icarə müddəti "Trabzonspor"da başa çatdıqdan sonra "Mançester Yunayted"in əsas qapıçısı olmaq uğrunda mübarizə aparmaq niyyətindədir.
Sportal.az xəbər verir ki, Kamerun millisinin üzvü hesab edir ki, ona belə bir şans veriləcək. Bu barədə "The Guardian" məlumat yayıb. Gözlənilir ki, Onana “Mançester Yunayted”in mövsümöncəsi toplanışına qoşulacaq.
Hazırda "mankunianlar"ın bir nömrəli qapıçısı Senne Lammensdir.
Onana 2023-cü ilin iyulunda "İnter"dən “Mançester Yunayted”ə transfer olunub.
saytlarin hazirlanmasi