AZ

ÇL: "Qalatasaray", "Atalanta", PSJ və "Real Madrid" növbəti mərhələdə

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

Fanat.Az xəbər verir ki, mərhələnin cavab görüşləri çərçivəsində daha 4 görüş baş tutub. 

"Atalanta" evdə Dortmund "Borussiya"sını qəbul edib. Tərəflər arasında ilk oyunda almanlar inamlı qələbə qazanıblar. Drammatik keçən qarşılaşmada italyanlar son dəqiqə qolu ilə mərhələ adlayıblar.

Turnirin son qalibi PSJ Fransanın digər təmsilçisi "Monako" ilə üz-üzə gəlib. Luis Enrikenin komandası ötən həftə rəqib meydanında 3:2 qalib gəlməyi bacarıb. Cavab qarşılaşmasında qeydə alınan bərabərlik parislilərin mərhələ adlamasına mane olmayıb.

Türkiyə çempionu "Qalatasaray" "Yuventus" üzərində İstanbuldakı ilk oyunda əldə etdiyi inamlı üstünlüyü İtaliyada qorumağa çalışıb. Əsas vaxtda 3:0 hesabı ilə üstün olan Turin təmsilçisi əlavə vaxtda buraxdığı 2 qolla mübarizəni dayandırıb.

Nəhayət, "Real Madrid" İspaniyada Joze Mourinyulu "Benfika"nı qonaq edib. Komandalar arasında Portuqaliyada baş tutan görüşün taleyini 1 qoll həll etmişdi. Cavab qarşılaşmasında da eyni fərqlə qələbə qazanan "kral klubu" adını 1/8 final mərhələsinə yazdırıb.

Qeyd edək ki, ötən gün keçirilən matçlardan sonra "Atletiko Madrid" (İspaniya), "Bayer Leverkuzen" (Almaniya), "Budyo-Qlimt" (Norveç) və "Nyukasl" (İngiltərə) komandaları 1/8 finala vəsiqə qazanıblar.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
25 fevral

"Atalanta" (İtaliya) - "Borussiya Dortmund" (Almaniya) (ilk oyun - 0:2) cavab matçı 4:1
Qollar: 
C.Skamakka, 5. D.Zapakosta,45. M.Paşaliç,57. L.Samardziç, 90+8. - K.Adeyemi, 75.

PSJ (Fransa) - "Monako" (Fransa) (ilk oyun - 3:2) cavab matçı: 2:2
Qollar: 
Markinyos,60. X.Kvarasxelia,66. - M.Akliouç, 45. J.Teze, 90+1.

"Yuventus" (İtaliya) - "Qalatasaray" (Türkiyə) (ilk oyun - 2:5) cavab matçı 3:0 (əlavə vaxt 0:2)

Qollar: M.Lokatelli,37-pen. F.Qatti,70. V.Makkin,82. - V. Osimhen, 105+1. B.Yılmaz, 119.

"Real Madrid" (İspaniya) - "Benfika" (Portuqaliya) (ilk oyun - 1:0) cavab matçı: 2:1

Qollar: O.Çaumeni,16. V.Junior, 80. - Rafa Silva, 14.

Seçilən
0
fanat.az

1Mənbələr