Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Ukraynanın Baş naziri Denis Şmıqal enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev məlumat yayıb.
Onun sözlərinə görə, görüş onlayn formatda keçirilib.
Müzakirələr zamanı Azərbaycan tərəfinin Ukraynanın enerji dayanıqlığının gücləndirilməsinə göstərdiyi dəstək məsələsi də gündəmdə olub.