AZ

UEFA Çempionlar Liqası: Qalatasaray , Real Madrid və PSJ 1/8 finala çıxdılar VİDEO

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsi dörd oyunla yekunlaşıb.

Oxu.Az xəbər verir ki, gecənin maraqla gözlənilən "Yuventus - "Qalatasaray" qarşılaşmasının əsas vaxtı "qoca sinyora"nın qələbəsi ilə başa çatıb - 3:0.

Tərəflər arasında ilk görüş İstanbul təmsilçisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşdığına görə, iki oyunun nəticəsində hesab bərabərləşib - 5:5. "Qalatasaray" matça əlavə edilmiş hissələrdə iki dəfə fərqlənərək 1/8 final mərhələsinə çıxıb - (3:2).

"Real Madrid" - "Benfika" matçı ev sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. İlk matçda ispaniyalılar səfərdə rəqibini 0:1 hesabı ilə məğlub etdiyinə görə, "kral klubu" iki görüşün yekununda (3:1) adını 1/8 final mərhələsinə yazdırıb.

Fransa Liqa 1-in iki təmsilçisi - PSJ və "Monako"nun mübarizəsində heç-heçə qeydə alınıb - 2:2. Səfərdə rəqibini 2:3 hesabı ilə məğlub edən PSJ iki oyunun nəticəsinə (5:4) görə 1/8 finala çıxıb.

Qeyd edək ki, daha əvvəl "Atalanta" evdə "Borussiya Dortmund"u 4:1 hesabı ilə üstələyərək (ilk görüşün yekununda 4:3) 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
oxu.az

2Mənbələr