AZ

Qocalmaq bilməyən 37 yaşlı hücumçu - Buraların AĞAsı özüməm!

Sabir Allahquliyev “Qaradağ Lökbatan”ın heyətində 70-ci qolunu vurub.

Sportinfo.az xəbər verir ki, bu, II Liqanın 15-ci turuna təsadüf edib.

37 yaşlı hücumçu “Xankəndi” ilə görüşdə (1:2) hesabı açıb.

Lökbatan təmsilçisində 2013/14 mövsümündə debüt edən Sabir 70-ci qolunu 150-ci oyununda vurub. Onun orta məhsuldarlığı 0,47-yə bərabərdir.

Allahquliyev 1-ci Liqada 60 (128 oyunda), II Liqada 5 (14 oyunda), ölkə kubokunda 5 (8 oyunda) dəfə “Qaradağ Lökbatan” forması ilə fərqlənib.

Sabir Lökbatan klubunun heyətində 2021/22 mövsümündə 22 qolla I Liqanın bombardiri adını qazanıb.

Seçilən
20
sportinfo.az

1Mənbələr