AZ

Orban: Macarıstan Ukraynanın 800 minlik ordusunun olmasını istəmir

BAKI, 26 fevral. TELEQRAF

Macarıstanın baş naziri Viktor Orban Budapeştin Rusiya ilə sülh əldə edildikdən sonra Ukraynanın 800 min nəfərlik ordu saxlaması ideyasına qarşı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Patriota” açıqlamasında deyib.

Onun sözlərinə görə, Macarıstanın maraqlarına Ukrayna ordusunun mümkün qədər kiçik olması uyğundur. Viktor Orban qeyd edib ki, bu mövqe regionda təhlükəsizlik baxımından daha məqsədəuyğundur.

Bundan əvvəl Macarıstan hökumət başçısı ölkəsinin kritik enerji infrastrukturunun mühafizəsini gücləndirəcəyini və bunu Ukrayna tərəfindən mümkün növbəti düşmənçilik addımlarından qorumaq istədiklərini açıqlamışdı.

Orban, həmçinin, Ukraynanın Avropa İttifaqı ilə razılaşmanı pozaraq neftdən “silah” kimi istifadə etdiyini bildirib. O, daha əvvəl Kiyevi “Şimal axını” kəmərinin partladılmasında və “Drujba” neft kəmərinin fəaliyyətinin dayanmasında günahlandırmışdı.

Seçilən
20
teleqraf.com

1Mənbələr