AZ

Kartofun yanına niyə alma qoyurlar?

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mətbəxin ən çox istifadə olunan tərəvəzlərindən sayılan kartofun düzgün saxlanmaması onun qısa müddətdə cücərməsinə və çürüməsinə səbəb olur. Bir çox hallarda bazardan alındığı kimi plastik torbalarda qalan kartoflar rütubət nəticəsində yumşalaraq keyfiyyətini itirir. Bu tərəvəzi həftələrlə təzə saxlamağın bir neçə effektiv yolu var.Demokrat.az xəbər verir ki, kartofun ömrünü uzatmaq üçün ilk növbədə onu işıqdan uzaq tutmaq lazımdır. Günəş şüası tərəvəzin sürətlə cücərməsinə və dadının korlanmasına şərait yaradır. İdeal saxlama şəraiti kimi qaranlıq və sərin yerlər daha uyğundur. Lakin kartofu soyuducuya qoymaq olmaz. Çünki soyuq mühit tərkibindəki nişastanı şəkərə çevirərək dadını tamamilə dəyişir.Plastik torbalar kartofun ən böyük düşməni hesab olunur. Tərəvəzin nəfəs alması üçün hava keçirən parça torbalar və ya həsir səbətlər seçilməlidir. Hava axını kiflənmənin və yumşalmanın qarşısını alır. Eyni zamanda kartofları saxlamazdan əvvəl yumaq böyük xətadır. Nəm qalan səthlər çürüməyə şərait yaradır. Üzərindəki torpağı quru bezlə silmək kifayətdir.Maraqlı və təsirli üsullardan biri isə kartof səbətinə bir ədəd təzə alma qoymaqdır. Almanı tərəvəzlərin arasına yerləşdirdikdə onun ifraz etdiyi təbii qaz kartofun cücərmə prosesini xeyli ləngidir. Diqqət edilməli digər məqam isə soğan və kartofu bir yerdə saxlamamaqdır. Soğanın yaydığı qazlar kartofun ömrünü qısaldır. Buna görə də hər iki tərəvəz mütləq fərqli rəflərdə və ya qutularda muhafizə edilməlidir.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
32
demokrat.az

1Mənbələr