Bakı. Trend:
Raşida Dati Fransanın mədəniyyət naziri vəzifəsini tərkedib.
Trend bu barədəBFMTV-yə istinadən xəbər verir.
Sabiq nazir Paris şəhərinin meri postuna namizədliyini irəlisürdüyünü bəyan edib. Fransanın paytaxtında mer seçkiləri martın16-na təyin olunub.
Raşida Datinin sözlərinə görə, o, hökuməti tərk etmək qərarınıdekabrın sonunda qəbul edib. O, bu vəzifəni 2024-cü ilinyanvarından icra edirdi.