AZ

Hamının təmiz sandığı bu əşya əslində bakteriya yuvasıdır

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Evinizdə təmiz və etibarlı hesab etdiyiniz bir çox əşya əslində görünməz bakteriya yuvasına çevrilə bilər. Mətbəxdən yataq otağına qədər hər bir məhsulun müəyyən istifadə müddəti var. Bu müddət keçdikdə həmin əşyalar təmizlik vasitəsi yox, xəstəlik mənbəyi olur.Demokrat.az xəbər verir ki, mətbəxdə ən böyük risk qab yuyan süngərlərdir. Daim rütubətli qalan süngərlər bir neçə gün ərzində milyonlarla bakteriya toplayır. Onları mikrodalğalı sobada qızdırmaq və ya yumaq mikrobları tam öldürmür. Təhlükəsizlik üçün süngərlərin 1-2 həftədən bir yenilənməsi şərtdir. Taxta və plastik kəsmə taxtaları da diqqət mərkəzindədir. Bıçaq izləri dərinləşdikdə həmin yarıqlarda bakteriyalar çoxalır. Xüsusilə çiy ət doğranan taxtalarda cızıqlar artdıqda onları dərhal dəyişmək lazımdır.Vanna otağındakı gigiyena qaydaları da az əhəmiyyətli deyil. Diş fırçaları zamanla formasını itirərək diş ətlərində ərp yığılmasına yol açır. Stomatoloqlar fırçaları 3-4 aydan bir dəyişməyi tövsiyə edir. Həmçinin nəm mühitdə qalan hamam pərdələri və dəsmallar kiflənərək allergik reaksiyalara səbəb ola bilər.Yataq otağında isə əsas təhlükə yastıqlardır. Tər və toz gənələri yastığın daxilinə nüfuz etdiyi üçün onların 1-2 ildən bir təzələmək vacib sayılır. Evin ümumi havasını təmiz saxlayan kondisioner filtrləri isə hər 3-6 aydan bir təmizlənməlidir. Əks halda bu cihazlar otağa təmiz hava yox, toz və polen yaymağa başlayır.Həmçinin oxu:

Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar

Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü

Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadırAytən

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
demokrat.az

1Mənbələr