AZ

Messi bu ölkənin millisində oynaya bilərmiş: Dilə tutublar, inandırmağa çalışıblar ki…

“İnter Mayami”nin 38 yaşlı argentinalı yarımmüdafiəçisi Lionel Messi karyerasının əvvəlində vətəndaşlığını dəyişdirmək ehtimalından danışıb.

Publika.az xəbər verir ki, Messi İspaniyanın ona maraq göstərdiyini və onu milli komandada oynamağa razı salmağa çalışdığını qeyd edib.

“beIN Sports” Messinin sözlərini sitat gətirib: “Bir vaxtlar İspaniya millisi mənimlə əlaqə saxladı. Məni inandırmağa çalışdılar. Mən argentinalıyam, amma çox gənc yaşlarımda Barselonaya gəlmişəm. İspaniyada oynamaq imkanım var idi, amma həmişə Argentinanı təmsil etmək istəyirdim”.

Messi Argentina millisində debütünü 17 avqust 2005-ci ildə Macarıstanla matçda edib. O, oyuna 64-cü dəqiqədə daxil olub, lakin bir dəqiqə sonra rəqibinin boğazına şiddətli yumruq vurduğuna görə meydandan qovulub.

Seçilən
5
2
publika.az

3Mənbələr