Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Amerikalı film prodüseri Tom Rotman "The Town" podkastına müsahibəsində "Hörümçək-adam 3: Evə yol yoxdur" filminin Çində niyə nümayiş olunmadığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "World of Reel" nəşri yazıb.
T.Rotmanın sözlərinə görə, Çin tərəfi filmin prokatı üçün yalnız bir şərt irəli sürüb - Azadlıq heykəli ilə bağlı səhnənin çıxarılması. Lakin filmin final hissəsi məhz ABŞ-nin bu simvolu ətrafında qurulduğundan, həmin səhnənin kəsilməsi süjetin kulminasiyasının dəyişdirilməsinə gətirib çıxarardı.
"Sony Pictures" bu tələbi qəbul etməyib. Studiya rəhbəri bildirib ki, Çin Kommunist Partiyasının istəyi ilə Azadlıq heykəlinin filmdən çıxarılmasını ABŞ Konqresi qarşısında izah edə bilməz.
Qeyd edək ki, 2021-ci ildə ekranlara çıxan film dünya üzrə 1.9 milyard dollar gəlir toplasa da, Çin bazarında nümayiş olunmayıb.
Hazırda franşizanın növbəti hissəsi - "Hörümçək-adam 4: Tamamilə yeni gün" üzərində iş gedir. Rotman yeni filmdə oxşar vəziyyətin yaranmayacağını bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.