AZ

Oruc tutarkən enerji səviyyəsini necə qorumaq olar?

Ramazan ayında uzun müddət ac və susuz qalmaq bəzi insanlarda yorğunluq və zəiflik yarada bilər.

 

Pravda.az oruc zamanı yorğunluğun qarşısını almaq üçün nələrə diqqət edilməli olduğunu təqdim edir:

 

Sahur mütləq edilməlidir. Zülal (yumurta, süd, pendir), lifli qidalar və tam taxıllı məhsullar gün ərzində toxluq hissini artırır və enerji səviyyəsini sabit saxlayır. Sadə karbohidratlardan və həddindən artıq şirniyyatdan uzaq durmaq tövsiyə olunur.

 

Maye qəbulu da xüsusi əhəmiyyət daşıyır. İftarla sahur arasında kifayət qədər su içmək orqanizmi susuzluqdan qoruyur. Kofeinli içkilərin çox istifadəsi isə maye itkisini artıra bilər.

 

Mütəxəssislər orucu su və ya şorba ilə açmağı, yeməkləri yavaş-yavaş və kiçik porsiyalarla qəbul etməyi məsləhət görürlər. Tərəvəz, meyvə, zeytun yağı və yağsız ət məhsullarından ibarət balanslı menyu enerji itkisini azaltmağa kömək edir.

 

Bundan əlavə, iftardan sonra yüngül gəzinti kimi fiziki aktivlik həm həzmi asanlaşdırır, həm də gün ərzində aktivliyi saxlamağa dəstək olur.

Tarix: 26 Fevral 2026, 08:12   
Seçilən
23
pravda.az

1Mənbələr