AZ

Rubio: Ukraynadakı müharibənin hərbi həllinin olmadığını bilirik

Vaşinqton, 26 fevral, AZƏRTAC

“ABŞ Administrasiyası Moskvaya təzyiqi artırmağa davam edir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ABŞ Rusiyaya sanksiya tətbiq etməyə və Ukraynaya silah satmağa davam edir.

“Biz Rusiya və Ukrayna danışıqçılarının bir masa arxasında oturub bir-biri ilə müzakirə aparmasına nail olan yeganə ölkəyik. Əgər biz uzaqlaşsaq, bunu kim edəcək? Birləşmiş Millətlər Təşkilatı bunu etməyəcək. Biz Ukraynadakı müharibənin hərbi həllinin olmadığını bilirik. Bu müharibə danışıqlar yolu ilə həll olunacaq və hazırda dünyada danışıqlar üçün vasitəçi ola biləcək yeganə ölkə bizik”, - deyə Rubio qeyd edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
15
2
azertag.az

3Mənbələr