AZ

Dünyanın ən zəhərli göbələyi daha da ölümcül olur: Ölüm Mələyi mutasiyaya uğrayıb

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Göbələk mənşəli ölümlərin 90%-nə səbəb olan "Ölüm Mələyi" (Amanita phalloides) göbələyi elm dünyasını şoka salan bir sürətlə təkamül edir. Kaliforniyadakı yeni növlərin Avropadakı əcdadlarından daha güclü və fərqli kimyəvi maddələr istehsal etdiyi aşkar edilib.

Milli.Az xəbər verir ki, Viskonsin-Medison Universitetinin apardığı araşdırmaya görə, 1930-cu illərdə ABŞ-a çatmış bu göbələklər zamanla genetik olaraq daha "bacarıqlı qatillərə" çevriliblər.

Kaliforniyadakı göbələklər Avropadakı növlərdə heç vaxt rast gəlinməyən yeni peptidləri (protein parçalarını) daha böyük miqdarda istehsal etməyə başlayıblar.

Elm adamları əvvəllər zəhər istehsalının müəyyən bir genetik qayda ilə baş verdiyini düşünürdülər. Lakin bu invaziv (işğalçı) növ həmin qaydaları yıxaraq daha mürəkkəb kimyəvi tərkibə sahib olub.

Meşələrdə tək bir ağacın altında 40-dan çox göbələyin eyni anda böyüdüyü müşahidə edilir. Bu, yerli növlərin tarazlığını pozan "anormal" bir yayılma sürətidir.

Bu yeni kimyəvi maddələrin insan orqanizminə təsiri hələ tam öyrənilməyib, lakin tək bir ədədinin böyük bir insanı öldürəcək gücdə olduğu bilinən bu göbələyin daha da güclənməsi mütəxəssisləri ciddi narahat edir.Lalə Qüdrətova

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
news.milli.az

8Mənbələr