AZ

Bu ölkədə ehtiyat hərbi xidmət üçün yaş həddi 67-yə qalxdı

Belçikada ehtiyat hərbi xidmət üçün yaş həddi 51-dən 67-yə qaldırılıb. Qərar Belçika Parlamentinin Müdafiə Komitəsində qəbul edilib.

Bakıvaxtı.az xəbər verir ki, yeni tənzimləməyə əsasən, ehtiyat hərbi qulluqçular üçün maksimum yaş həddi 67 olaraq müəyyən edilib.

Qərar 2030-cu ildən qüvvəyə minəcək qanuni təqaüd yaşı ilə uyğunlaşdırılıb.

Mövcud qanunvericiliyə əsasən, könüllü ehtiyat hərbi namizədlər 34 yaşdan, ehtiyat zabit namizədlər isə 51 yaşdan yuxarı olmamalıdır. Rəsmilər bildiriblər ki, hazırkı yaş məhdudiyyətləri sistemə yeni namizədlərin cəlb olunmasını çətinləşdirir.

Belçikanın müdafiə naziri Teo Franken qərarı alqışlayıb:

“Mövcud təhlükəsizlik mühitində güclü ehtiyat qüvvəsi lüks deyil, zərurətdir. Ehtiyat əsgərləri həm ölkə ərazisinin qorunmasında, həm də aktiv qüvvələrin dəstəklənməsində mühüm rol oynayırlar”.

Franken qeyd edib ki, yeni qayda motivasiyalı və bacarıqlı şəxslərin daha uzun müddət ölkənin təhlükəsizliyinə töhfə verməsinə imkan yaradacaq.

Nazir daha əvvəl 149 min 17 yaşlı gəncə məktub göndərərək onları könüllü hərbi xidmətə qoşulmağa çağırmışdı./Qafqazinfo

Seçilən
8
bakivaxti.az

1Mənbələr