Dünən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda diqqət çəkən məqamlardan biri elmi müzakirələrin aparıldığı vaxt bəzi alimlərin mürgüləməsi ilə bağlı yayılan görüntülər olub. Həmin kadrlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
"Mən kimlərinsə yatdığını görməmişəm. Belə bir halın şahidi olmamışam. İclas yüksək səviyyədə keçirildi, qarşıda qoyulan məqsədlərə cavab verdi və yekunlaşdırıldı. Belə xırda məsələlərlə işimizə kölgə salmaq doğru deyil".