AZ

"Yuventus" azarkeşlərinin həyatımızı kabusa çevirəcəklərini bilirdim" - Viktor Osimhen

UEFA Çempionlar Liqasının pkey-off mərhələsində evdə 5:2 hesabı ilə yendiyi "Yuventus"a səfərdə uduzmasına (2:3) rəğmən,  adını 1/8 finala yazdıran "Qalatasaray"ın hücumçusu Viktor Osimhen Turindəki dramatik matçın ardından fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, əlavə vaxtda komandasının ilk qolunu vuran nigeriyalı forvardın sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Bilirdim ki, bu gecə hər şey məhz belə olacaq. Rəqibi və bu stadiondakı atmosferi tanıyıram. "Yuventus" azarkeşlərinin həyatımızı kabusa çevirəcəklərini bilirdim. 

Əlbəttə, "Qalatasaray" azarkeşlərinə təşəkkür edirəm. Onların da səslərini eşidirdim. Tərəfdarlarımızın evə məyus yollanmalarını istəmirdik. Biz bunu etməliydik. Amma düzünü desəm, çox şeyi yaxşıya doğru dəyişməliyik".

Xatırladaq ki, 48-ci dəqiqədən azlıqda qalan "Yuventus" 10 nəfərlə daha 2 qol vuraraq oyunu əlavə vaxtda daşısa da, qonaqlar overtaymda 2 dəfə fərqlənərək adlarını 1/8 finala yazdırıblar.

Toğrul

Seçilən
9
1
fanat.az

2Mənbələr