AZ

Britaniya Kiyev üçün qoşunlarını bu ölkələrdən çıxara bilər

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukraynada mümkün sülh sazişi bağlandıqdan sonra hərbi kontingent yerləşdirmək üçün Böyük Britaniya ehtimal ki, qüvvələrini Estoniya və Kiprdən çıxarmağa məcbur olacaq.

Axar.az xəbər verir ki, bu barədə yüksək vəzifəli müdafiə rəsmilərinin qiymətləndirmələrinə istinadən “Tayms” nəşri yazıb.

Məqalə müəllifləri xatırladırlar ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Böyük Britaniya və Fransa Rusiya ilə sülh sazişi bağlanacağı təqdirdə, Ukraynaya hərəsi 5000 hərbçi göndərməyi öhdəsinə götürüb. Lakin Londonun bu vədi yerinə yetirmək üçün kifayət qədər resursu yoxdur. Müdafiə Nazirliyinin daxili planlaşdırması daha az miqyaslı qoşun yerləşdirilməsini nəzərdə tutur.

“Nəzərə alsaq ki, real olaraq 5000 hərbçi göndərmək üçün ümumilikdə 20 000 nəfər qüvvə lazımdır. Bu rəqəmlərə çatmaq üçün biz Baltik ölkələrindən və ya Kiprdən qoşunları çıxarmalı olacağıq. Bu isə ideal variant deyil. Əgər Baltik ölkələrindən çıxarsaq, bu, bizim üçün əlavə bir cəbhə aça bilər. Kipr isə son dərəcə vacib imkanlara malikdir. Biz 5000 əsgəri yalnız bir il müddətinə göndərə və onları piyada istifadə edə biləcəkləri silahlarla təmin edə bilərik. Amma onların hərəkət edəcəyi texnika olmayacaq”, – deyə müdafiə qurumundakı adı açıqlanmayan mənbə jurnalistlərə bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
axar.az

1Mənbələr