AZ

Avropa Liqasında 1/8 finala çıxacaq komandalar müəyyənləşir

UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları baş tutacaq.

"Far.Az" xəbər verir ki, bu gün keçiriləcək matçlardan sonra 1/8 finala adlayacaq komandalar müəyyənləşəcək.

Türkiyənin "Fənərbağça" klubu İngiltərədə "Nottinqem Forest"in qonağı olacaq.

Almaniyanın "Ştutqart" komandası isə öz meydanında Şotlandiya təmsilçisi "Seltik"lə üz-üzə gələcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

26 fevral

21:45. "Ferentsvaroş" (Macarıstan) – "Ludoqorets" (Bolqarıstan)

İlk oyun – 1:2

21:45. "Viktoriya" (Çexiya) – "Panatinaikos" (Yunanıstan)

İlk oyun – 2:2

21:45. "Ştutqart" (Almaniya) – "Seltik" (Şotlandiya)

İlk oyun – 4:1

21:45. "Srvena Zvezda" (Serbiya) – "Lill" (Fransa)

İlk oyun – 1:0

00:00. "Genk" (Belçika) – "Dinamo" (Xorvatiya)

İlk oyun – 3:1

00:00. "Selta" (İspaniya) – PAOK (Yunanıstan)

İlk oyun – 2:1

00:00. "Nottinqem Forest" (İngiltərə) – "Fənərbağça" (Türkiyə)

İlk oyun – 3:0

00:00. "Bolonya" (İtaliya) – "Brann" (Norveç)

İlk oyun – 1:0

Qeyd edək ki, daha əvvəl "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Midtyullann" (Danimarka), "Betis" (İspaniya), "Frayburq" (Almaniya), "Lion" (Fransa), "Roma" (İtaliya) və "Aston Villa" (İngiltərə) 1/8 finala vəsiqə qazanıb.

Seçilən
23
1
far.az

10Mənbələr