AZ

"Qarabağ"ı gözləyən böyük təhlükə: Bu iki ölkə son həmləyə hazırlaşır

Tarix yazaraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən "Qarabağ" mübarizəni bu raunnda dayandırdı. Hər kəs bundan sonra Ağdam klubunun diqqətini ölkədaxili yarışlara yönəldəcəyini düşünür. Amma bu heç də belə deyil.

Premyer Liqa və kubok ilə yanaşı "köhlən atlar"ın mübarizə apardığı başqa bir cəbhə var - transfer fəaliyyəti. Bəli, sizə qəribə gələ bilər. Hətta deyə bilərsiniz ki, qış transfer pəncərəsi yeni bağlanıb, mövsümləraraası fasiləyə də xeyli vaxt var. Lakin "Qarabağ" heç kimin təsəvvür edə bilməyəcəyi çətinliklərlə üzləşib. Klub və baş məşqçi Qurban Qurbanov bu günlərdə komandanın futbolçu itirməməsi üçün çalışır.

Publika.az-ın əldə etdiyi məlumata görə, yaxın gələcəkdə bir neçə futbolçunun "Qarabağ"ı tərk etmək təhlükəsi var. Buna səbəb bəzi ölkələrdə transfer pəncərəsinin bağlanmamasıdır. Bu, xüsusilə futbol mövsümü yaz-payız sistemi ilə keçirilən liqalara aiddir.

Ağdam klubunun əsas üzvləri - müdafiəçi Mateus Silva, yarımmüdafiəçilər Marko Yankoviç, Pedro Bikalyo, Leandro Andrade, Coni Montiel və hücumçu Kamilo Duranın bir sıra "elçil"əri var. Onlardan yalnız Duran və Montielin hazırkı dövrdə "Qarabağ"ı tərk etmə ehtimalı azdır. Çünki hər ikisi komandadakı vəziyyətindən razıdır və daha çox Avropada çıxış etməyə meyilldirlər.

Seçilən
11
publika.az

1Mənbələr