AZ

Azərbaycanda hansı ali məktəblər tədqiqat universiteti olacaq? - rəsmi CAVAB

Keçən gün elm və təhsil nazirinin müavini Firudin Qurbanov AMEA-nın Ümumi Yığıncağında çıxışı zamanı bildirib ki, bu il Azərbaycanda iki ali təhsil müəssisəsi tədqiqat universitetinə çevrilə bilər.

AzEdu.az məsələ ilə bağlı hansı ali təhsil müəssisələrinin nəzərdə tutulduğunu öyrənmək üçün Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, hazırda bununla bağlı hər hansı qərar qəbul edilməyib:

“Bu istiqamətdə müvafiq qərar qəbul olunarsa, ictimaiyyətə rəsmi qaydada məlumat veriləcəkdir".

Seçilən
31
1
azedu.az

2Mənbələr