AZ

ABŞ bayrağı altında Kuba sularına girən kater atəş açdı – Ölənlər var


ABŞ bayrağı altında üzən kater Kuba sularına daxil olaraq, Kuba sərhədçilərinə atəş açıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kuba Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, cavab atəşi nəticəsində dörd nəfər həlak olub, altı nəfər yaralanıb.
Nazirliyin məlumatına görə, ölənlərin dördü də ABŞ-nin Florida ştatında qeydiyyatda olan bir katerdə olub.
Bildirilib ki, kater heyəti Kuba əsgərlərinə atəş açıb və onlar da öz növbəsində atəşə cavab veriblər.
Hadisə nəticəsində Kuba sərhəd patrulunun komandiri yaralanıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, zərərçəkənlər təxliyə edilib və onlara tibbi yardım göstərilib.
Nazirlikdən bildirilib ki, katerdə saxlanılanlar terror niyyətində olduqlarını etiraf ediblər; onların hamısı ABŞ-də yaşayan kubalılardır.
Onlardan tüfənglər, tapançalar, partlayıcı qurğular, optik nişangahlar və kamuflyaj müsadirə edilib.
“The New York Times” qəzetinin verdiyi məlumata görə, katerin ABŞ Hərbi Dəniz Qüvvələrinə və ya Sahil Mühafizəsinə aid olmadığı müəyyən edilib.
Qəzetin yazdığına görə bu, mülki Amerika kateridir. NYT-nin məlumatına görə, katerin sahibi onu 2022-ci ilin dekabr ayında əldə edib. Ancaq katerin sahibinin adı açıqlanmayıb.
Digər tərəfdən, ABŞ dövlət katibi Marko Rubio ABŞ administrasiyası rəsmilərinin hadisə ilə heç bir əlaqəsi olmadığını bildirib. Rubio bildirib ki, ABŞ hadisə ilə bağlı müstəqil araşdırma aparacaq və nəticələrini ABŞ prezidenti Donald Trampa təqdim edəcək.
Seçilən
7
1
yeniavaz.com

2Mənbələr