AZ

20 dəvə gözəllik yarışından qovuldu: Dodaqlarını botoks etdiriblər

Omanda keçirilən "Dəvə gözəllik müsabiqəsi"ndə 20 heyvan kosmetik müdaxilə edildiyi üçün diskvalifikasiya olunub.

Publika.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, bu barədə yarış təşkilatçıları və yoxlamalarda iştirak edən baytarlar məlumat veriblər.

Bildirilir ki, Maskatda keçirilən yarışda bəzi sahiblər üstünlük qazanmaq üçün qadağan olunmuş üsullardan istifadə ediblər. Dəvələrin dodaqlarını böyütmək üçün botoks vurulduğu, sifət formasını dəyişmək üçün dərmanlardan, hörgücü düzəltmək üçün isə silikon və mum dolğularından istifadə olunduğu müəyyən edilib.

Təşkilatçılar qeyd ediblər ki, heyvanların görünüşünü süni şəkildə dəyişmək qaydalara ziddir və saxtakarlıq sayılır.

Yarışlarda nəzarətin daha da gücləndiriləcəyi bildirilib.

Seçilən
13
publika.az

1Mənbələr