Premyer Liqa təmsilçilərindən “Sumqayıt” klubunda maliyyə problemi yaşanır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, rəhbərlik komandanın qələbə qazandığı bəzi oyunlarda vəd etdiyi pul mükafatını ödəməyib. Futbolçular ötən il qalibiyyətlə bitən iki görüşün – “İmişli” və “Şamaxı” oyunlarının “premya”sını hələ ala bilməyib.
Həmçinin ötən ayın maaşları da hələ köçürülməyib. Komandada bununla problem yarandığını görən rəhbərlik futbolçulara söz verərək məsələni həll etməyə çalışır.
Oyunçulara bildirilib ki, yanvar ayının maaşı bir-iki günə ödəniləcək. Ötən ildən qalan “premya”lar isə martda veriləcək.
Xatırladaq ki, Sumqayıt təmsilçisi son dörd rəsmi matçda qələbə qazana bilməyib.