AZ

200 il sonra da Azərbaycanla sərhəddə belə bir şey olmayacaq - Papoyan

BAKI, 26 fevral. TELEQRAF

“Əvvəlki illərdə müdafiə qabiliyyətimizi gücləndirmək üçün çoxlu pul xərcləmişik. İndi isə sülh vaxtıdır, dinc dövrdə xalqımızın rifahına milyardlarla dollar xərcləyəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazir Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olduğunu vurğulayıb.

“Sülh, rifah və inkişaf vaxtı gəldi. Sülh dövründə vəsaitlərin rifah və inkişafa xərclənməsi normaldır, necə ki, 2 ildən sonra, 12 ildən sonra, 222 ildən sonra daha sərhədlərimizdə əsgərin ölməyəcəyi normaldır.

Qürurla deyirəm ki, ölkəmizə sülh gətirmişik. Əlbəttə, institutsional və davamlı sülhə nail olmaq üçün bizə hələ son addım lazımdır, bu da iyunun 7-də baş verməlidir. Bundan sonra sülh prosesi geri dönməz olmalıdır”, - Papoyan qeyd edib.

Seçilən
2
teleqraf.com

1Mənbələr