AZ

KL: Bütün 1/8 finalçılar müəyyənləşir

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq. 

Fanat.Az xəbər verir ki, mərhələnin cavab görüşlərinin hamısı eyni gündə keçiriləcək.

Türkiyənin "Samsunspor" komandası doğma meydanda Şimali Makedoniyanın "Şkendiya" klubununu qəbul edəcək. Qardaş ölkə təmsilçisi səfərdə qazandığı qələbənin davamını evdə gətirməyə və 1/8 finala adlamağa çalışacaq.

Qeyd edək ki, "Rayo Valyekano" (İspaniya), "Maynts" (Almaniya), "Strasburq" (Fransa), "Rakuv" (Polşa), AEK (Yunanıstan), "Sparta" (Çexiya), "AEK Larnaka" (Kipr) və "Şaxtyor Donetsk (Ukrayna) 1/8 finalda rəqiblərini gözləyirlər.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, cavab oyunlar
26 fevral

21:45. "Samsunspor" (Türkiyə) – "Şkendiya" (Şimali Makedoniya) (İlk oyun - 1:0)

21:45. "Fiorentina" (İtaliya) – "Yagielloniya" (Polşa) (İlk oyun - 3:0)

21:45. "Selye" (Sloveniya) – "Drita" (Kosovo) (İlk oyun - 3:2)

21:45. "Riyeka" (Xorvatiya) – "Omoniya" (Kipr) (İlk oyun - 1:0)

00:00. "Alkmaar" (Niderland) – "Noah" (Ermənistan) (İlk oyun - 0:1)

00:00. "Kristal Pelas" (İngiltərə) – "Zrinski" (Bosniya) (İlk oyun - 1:1)

00:00. "Lozanna" (İsveçrə) – "Siqma" (Çexiya) (İlk oyun - 1:1)

00:00. "Lex" (Polşa) – "KuPS" (Finlandiya) (İlk oyun - 2:0)

Seçilən
1
5
fanat.az

10Mənbələr