AZ

Xocalı qətliamını törədənlər məhkəmədə layiq olduqları cəzanı aldılar- ÖZƏL

"Xocalı soyqırımının törədilməsindən 34 il ötür. Bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi. 34 il əvvəl fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərində dinc əhaliyə qarşı kütləvi qətliam törətdi. 600-dən çox insan, o cümlədən uşaqlar, qadınlar və qocalar amansızcasına qətlə yetirildi". "Olaylar" xəbər verir ki, bunu  Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Vətən müharibəsi və Qarabağda antiterror tədbirləri nəticəsində  Azərbaycan ədaləti bərpa etdi. Biz torpaqlarımızı, o cümlədən Xocalını azad etdik və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin həm haqlı, həm də qaçılmaz olduğunu sübut etdik. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazandığımız zəfər ədalətin tarixi qələbəsi oldu. Vaxtilə işğal olunmuş torpaqlarımızda indi Azərbaycanın Dövlət Bayrağı yenidən ucaldılıb. Lakin tam ədalət yalnız o zaman əldə olunardı ki, Azərbaycan xalqına qarşı cinayətlər törədənlər cəzalandırılsın. Tarix də dəfələrlə təsdiqləyib ki, cinayətlərin cəzasız qalması cinayətkarları daha da cəsarətləndirir və başqalarını da oxşar vəhşiliklərə sövq edir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan keçmişin ağrılarını necə dəf etməyin bir nümunəsini təqdim edir: "Təkcə torpaqlarımızı azad etməklə kifayətlənməyib, eyni zamanda separatçı rejimin rəhbərliyini, qətliamlar törətmiş yüksək rütbəli hərbçiləri  də həbs edərək ədalət mühakiməsinə çıxardı. Onlar məhkəmədə layiq olduqları cəzaları aldılar. Nəzərə alaq ki, Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.  "Soyqırımı" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi "Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə növbəti hərəkətləri bildirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr