AZ

Qəzalı vəziyyətdə olan tibb müəssisələri siyahıya alınıb - Nazir açıqladı

Səhiyyə Nazirliyi qəzalı vəziyyətdə və əsaslı təmirə ehtiyacı olan bütün tibb müəssisələrini siyahıya alıb.

Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu kapital investisiya layihəsinə daxil edilib və təqdim olunub.

"Oraya vəsait ayrıldıqca, nazirlik həmin müəssisələri təmir edib, aidiyyəti qurumlara təqdim edəcək", - nazir vurğulayıb.

Seçilən
13
3
teleqraf.com

6Mənbələr