«Araz-Naxçıvan» rəhbərliyi Elmar Baxşıyev və köməkçiləri qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir.
Yanvarın əvvəlində istefaya göndərilən baş məşqçi və onun yardımçılarına olan borcunu hələ də ödəməyib.
Söhbət dekabr ayının maaşından gedir.
Muxtar Respublika təmsilçisinin rəsmiləri müxtəlif bəhanələrlə həmin pulu verməkdən yayınır.
Bu, problemin bir üzüdür. «Ağ-qaralar» onlara kompensasiya da ödəməlidir. Çünki müqaviləyə birtərəfli qaydada xitam verilib.
Baxşıyev həm özü, həm də və köməkçilərinə çatacaq pulu istəyir. Razılaşmaya əsasən, o, iyunadək hər ay təzminat almalıdır.
Baxşıyev 2024-cü ilin aprelindən 2025-ci ilin sonunadək «Araz-Naxçıvan»ı çalışdırıb. «Ağ-qırmızılar» həmin müddətdə tarixində ilk dəfə Premyer Liqanın bürünc medallarını qazanıb və Konfrans Liqasında iştirak edib.
Burada isə Yunanıstan «Aris»ini ilkin mərhələdən uzaqlaşdırıblar.
Komanda bu mövsümə gözlənilən səviyyədə başlamadığından və ölkə kuboku ilə erkən vidalaşdığından, o, iş yerini itirib, Anlrey Demçenko görəvə gətirilib.
SPORTİNFO.AZ