AZ

Xamenei ilə görüşən rəsmilər sığınacağa gözləri bağlı aparılır

ABŞ-nin İrana mümkün hücumları ilə bağlı artan gərginlik fonunda İranın Ali rəhbəri Seyid Əli Xamenei ilə bağlı diqqətçəkən məlumat yayılıb.

Missiya.Az “Iran International” telekanalına istinadən xəbər verir ki, Xamenei ilə görüşmək istəyən yüksək vəzifəli hökumət rəsmiləri onun yerləşdiyi sığınacağa gözləri bağlı şəkildə aparılır.

Bildirilib ki, bu təhlükəsizlik tədbiri sığınacağın yerinin tam məxfi saxlanılması məqsədi daşıyır. Rəsmilər xüsusi təhlükəsizlik prosedurundan keçirilir və görüş məkanına çatdırılarkən onların ətraf mühitlə vizual təması məhdudlaşdırılır.

SEPAH zabitlərindən biri iddia edib ki, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də yaxın zamanda Xameneinin sığınacağında gözləri bağlı saxlanılan rəsmilər arasında olub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
9
missiya.az

1Mənbələr