“Plastik estetik əməliyyatlarla bağlı vəziyyət kifayət qədər düzəlib. Hazırda Azərbaycanda plastik və estetik əməliyyatları icra etmək üçün 45 həkimin icazəsi var”.
Bizim.Media xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ilbəil onların sayı artacaq:
"Çünki rezidenturanı bitirən həkimlərimiz və xaricdə təhsil alıb qayıdanlarımız var. Ölkədə plastik, estetik cərrahiyyə ilə bağlı iki mərkəz yaradılıb və kadrlarla təmin edilib".
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta