AZ

Xocalı soyqırımı: “Unutmamalı, unutdurmamalıyıq”

“Xocalı soyqırımı heç vaxt yaddaşdan çıxmamalıdır”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Xocalı soqırımını unutdurmamaq üçün hər il nələrsə etməliyik:


“Hər kəs bunu özünə borc bilməlidir. Xocalı soyqırımı ilə bağlı həqiqətləri həm ölkədəki gənclərin, həm də xaricdə müxtəlif ölkələrdəki insanların diqqətinə çatdırılmalıdır. Bizim Xocalı ilə bağlı mövqeyimiz ermənilər kimi hərəkət etməmək olub. Yəni Xocalı və yaxud hər hansı başqa faciə ilə bağlı məqsədimiz dünyanın bizə yazığının gəlməsi deyil. Bu, ermənilərin xislətidir. 


Ermənilər hətta olmayan şeyləri də şişirdirlər ki, dünyanın onlara yazığı gəlsin və nə isə əldə etsinlər. Bizim məqsədimiz isə ondan ibarətdir ki, ermənilərin vəhşiliklərini bütün dünya görsün. Bilsinlər ki, bunlar nə xislətdə adamlar, insanlığa layiq olmayan ünsürlərdir. Ermənilər hələ də millət və ya xalq deyil, toplumdur. Onlar, insanlığı başa düşmürlər. Ona görə də bu həqiqətləri bütün dünyanın diqqətinə çatdırmalıyıq”.

Partiya sədri qeyd edib ki, hər yerdə Xocalı ilə bağlı təbliğat getməlidir:
“Artıq uzun illərdir “Xocalıya ədalət” kampaniyası gedir, bundan sonra gedəcək. Üstəlik, bu soyırımda iştirak edənlər də öz cəzalarını alırlar. Lakin hələ də bu cinayəti törədənlərin bəziləri tam şəkildə cəzalarını almayıblar. Ən azından bununla bağlı Rusiyanın hərbi komandanlığı məsuliyyət daşıyır. Həmçinin, o dövrdə Rusiyanın rəhbəri olan Boris Yeltsin də, SSRİ rəhbəri olan Qorbaçov da məsuliyyət daşıyır. 

Bütün bunların hamısına görə onlarla ən azından ölümlərindən sonra da hökm çıxarılmalı, məsuliyyətləri beynəlxalq səviyyədə tanınmalıdır. Eyni zamanda, Xocalı soyqırımının digər birbaşa iştirakçıları Ohanyan, Köçəryan və Sarkisyan hələ sağdırlar. Onlar və həmin dövrdə Ermənistanın prezidenti olan Levon Ter-Petrosyan da cinayətə cəlb olunmalıdır. Bu istiqamətdə işlər davam etdirilməlidir”.

Siyasətçi əlavə edib ki, bütün bunlar qan yaddaşımız üçün lazımdır:
“Ən vacib məsələ budur ki, Xocalı faciəsi heç vaxt bizim fikrimizdən, düşüncəmizdən çıxmamalı və unudulmamalıdır. Başımıza gətirilən faciələri və şəhidlərimizin xatirəsini unutmamalıyıq. Bir daha belə faciələr yaşamamaq üçün onları unutmamalı və cinayətkarları bağışlamamalıyıq.

Bu cür soyqırım hadisələri ilə bağlı məlumatlar dünyaya yayılmalıdır ki, kimlərsə başqalarına qarşı da bu cür niyyətə düşməsinlər. Xocalı soyqırımı bizim üçün bir çağırış anıdır. Bu gün hər kəs gedib Xocalı qurbanlarını ziyarət etməli və öz borcunu yerinə yetiməlidir. Bu, vacib bir şərtdir. Çünki biz torpağımız və dövlətimiz qarşısında o ziyarətlə borcumuzu yerinə yetiririk”.

Elmir Mustafa


 

Seçilən
28
50
hit.az

10Mənbələr