AZ

MKİ İrandakı adamlarına farsca müraciət etdi: "Qaranlıq şəbəkə" vasitəsilə...

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İrandakı potensial məlumat mənbələrinə çatmaq üçün fars dilində mesaj yayımlayıb.

Publika.az xəbər verir ki, MKİ "X", "Instagram" və "YouTube"-da paylaşım edərək onlarla təhlükəsiz şəkildə əlaqə saxlamaq barədə təkliflər edib.

Mesajda VPN-lərdən, şəxsiyyəti müəyyənləşdirməyi çətinləşdirən cihazlardan, şəxsi internet brauzerlərindən istifadə və internet tarixçəsini silmək kimi təhlükəsizlik tədbirləri yer alıb.

MKİ həmçinin bildirib ki, istifadəçilər agentliyin rəsmi veb saytı və ya şəxsiyyəti gizlətmək üçün xüsusi vasitələrdən istifadə etməklə əldə edilə bilən "qaranlıq şəbəkə" vasitəsilə əlaqə saxlaya bilərlər.

Seçilən
16
publika.az

1Mənbələr