AZ

“Qalatasaray”ın potensial rəqibləri bəllidir: Püşkatma və növbəti oyunların tarixi 

“Qalatasaray”ın UEFA Çempionlar Liqasının son 16 turunda qarşılaşa biləcəyi rəqiblər müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu  qitənin ən nüfuzlu klub turnirinin bu mərhələsində İngiltərə Premyer Liqa təmsilçilərindən “Liverpul” və ya “Tottenhem”lə üz-üzə gələcək.

Türkiyə klubunun Çempionlar Liqasındakı rəqibi fevralın 27-də keçiriləcək püşkatma mərasimində bəlli olacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

UEFA-nın açıqladığı təqvimə əsasən, son 16 mərhələsinin ilk oyunları 10-11 və 17-18 mart 2026-cı il tarixlərində keçiriləcək.

Seçilən
15
idmanxeber.az

1Mənbələr