AZ

Xocalı faciəsi beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması idi



"Tarixin elə səhifələri var ki, üzərindən illər keçsə də ağrısı azalmır, əksinə, zaman keçdikcə daha dərindən hiss olunur. Xocalı faciəsi də Azərbaycan xalqının yaddaşında məhz belə iz qoymuş hadisədir".

Newscenter.az xəbər verir ki, bunları Yeni Azərbaycan Partiyasının üzvü Maqsud Süleymanlı deyib. O bildirib ki, 1992-ci il fevralın 26-na keçən gecə Qarabağın Xocalı şəhərində baş verənlər yalnız bir şəhərin deyil, bütöv bir xalqın taleyinə yazılmış faciə oldu. Dinc insanlar – qadınlar, uşaqlar, qocalar – amansızcasına qətlə yetirildi, şəhər yerlə-yeksan edildi:

"Xocalı faciəsi beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması idi. “Uşaq hüquqları haqqında” Konvensiya, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya, IV Cenevrə Konvensiyası və digər beynəlxalq sənədlər kobud surətdə tapdanmışdır. Bu cinayət yalnız Azərbaycan xalqına deyil, ümumilikdə insanlığa qarşı yönəlmişdir.

Onu da vurğulamaq istərdim ki, faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsi Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi nəticəsində mümkün olmuşdur. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, hadisəyə rəsmi hüquqi qiymət verilmişdir. 1997-ci il Sərəncamına əsasən isə hər il fevralın 26-sı saat 17:00-da ölkə ərazisində Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilir".

Anar
Seçilən
13
1
newscenter.az

2Mənbələr