AZ

"ABŞ ilə danışıqlarda uğurlu perspektiv görürük" - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan dolayı danışıqlarla bağlı nikbin açıqlama verib.

Missiya.Az xəbər verir ki, bu barədə siyasətçi Mazandaran əyalətinə səfəri zamanı iş adamları ilə görüşdə məlumat verib.

O bildirib ki, Tehran xarici siyasət istiqamətində fəal iş aparır və qonşu ölkələrlə münasibətlər yaxşılaşıb.

Pezeşkian Cenevrədə İran və ABŞ arasında keçirilən danışıqlara toxunaraq deyib:

“Danışıqlar sahəsində yaxşı perspektivlər görürük. Xarici işlər naziri Abbas Əraqçı Cenevrədə keçiriləcək növbəti görüşdə iştirak edəcək. Proses Ali liderin rəhbərliyi altında idarə olunur”.

İran Prezidenti əlavə edib ki, əgər danışıqlar uğurlu olarsa, mövcud maneələrin aradan qaldırılması daha asan olacaq.

Daşqın HəsənovMissiya.Az

Seçilən
5
missiya.az

1Mənbələr